"Formula 1" Azərbaycan Qran Prisinin qalibi ardıcıl 2-ci dəfə "Red Bull"un meksikalı pilotu Serxyo Peres olub.
Apasport.az xəbər verir ki, bununla da pilotların "Bakı sindromu" qırılıb.
Mükafatlandırma mərasimi zamanı əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Meksika və Avstriyanın Dövlət himnləri səsləndirilib.
Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev təqdim ediblər.
Qeyd edək ki, “Red Bull Racing” komandasının meksikalı pilotu Serxio Peres "Formula 1" Azərbaycan Qran Prisinin qalibi olub. Onun komanda yoldaşı Maks Ferstapen 2-ci, “Ferrari”nin pilotu Şarl Lekler isə 3-cü pillədə yer alıb.