“Frayburq” – “Qarabağ” oyununun hakimləri açıqlandı
06.09.2022 - 12:10
“Frayburq” – “Qarabağ” oyununun hakimləri açıqlandı

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasındakı ilk oyununa təyinatlar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin I turunun “Frayburq”la Almaniyadakı görüşünün hakimləri bəlli olub.

Qarşılaşmanı belçikalı Erik Lambrexts idarə edəcək. Onun köməkçiləri həmyerliləri Co de Veyrdt və Matias Hillaert olacaq. Dördüncü hakim funksiyasını isə daha bir belçikalı Vim Smet yerinə yetirəcək. VAR hakimi fransalı Villi Delayod, assistent isə həmyerlisi Benua Millot olacaq.

Qeyd edək ki, sentyabrın 8-də “Volfsvinkel” stadionunda keçiriləcək “Frayburq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

writer photo
Əlirza Əlirzalı
0