Futzal millimiz yunanlardan 11 top buraxdı
25.03.2023 - 23:29
Avropa çempionatının əsas mərhələsi çərçivəsində bu gün 19 yaşadək futzal üzrə Azərbaycan millisi sonuncu oyununu keçirib.
Apasport.az xəbər verir ki, futzalçılarımız Yunanıstandan olan həmyaşıdları ilə qarşılaşıb.
Baş məşqçi İlqar Aslanov Bosniya və Herseqovinaya qarşı meydana buraxdığı “5-liy”i “döyüş”ə atıb. İlk dəqiqələrdən üstünlüyə sahib olan nominal qonaqlar yekunda böyükhesablı qələbə qazanıb – 11:3.
Bununla da komandamız seçmə mərhələdə çıxışını başa vurub.
0
0