Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Gent” (Belçika) - “Qarabağ” (Azərbaycan) görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq Belçika klubunu matçın favoriti sayırlar.
Bu gün Gentdə baş tutacaq matçda meydan sahiblərinin uğuru 1,90, təmsilçimizin qələbəsi 4,16 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,50 əmsal verilib.
Komandaların mərhələ adlamaq şansları da müəyyənləşib. “Qarabağ”da bu əmsal 1,53, “Gent”də 2,38-dir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.