“Barselona” borcunu ödəyə bilmir
30.09.2022 - 22:01
“Barselona” borcunu ödəyə bilmir

“Barselona” “Mançester Siti”yə borcunu ödəyə bilmir.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Ferran Torresin transfer haqqını hələ tam ödəməyib.

22 yaşlı futbolçunun keçidi bu ilin əvvəlində 55 milyon avroya gerçəkləşib. Lakin “Barselona” yalnız 3 milyon ödəyib. İspaniyalılar 52 milyonluq borcu hələ verməyib.

Qeyd edək ki, Torres cari mövsümün 7 oyununda 1 qol vurub və 1 assistə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0