Kişi voleybolçularımız Avstriyaya məğlub olub
18.08.2024 - 00:19
Kişi voleybolçularımız Avstriyaya məğlub olub

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avstriyada matça çıxıb.

B qrupunda yer alan komandamız ilk matçını Avstriya yığmasına qarşı keçirib. Milli komanda meydan sahiblərinə 3:0 (25:16, 25:23, 25:14) hesabı ilə məğlub olub.

Təsnifat mərhələsindəki növbəti oyunumuz isə avqustun 24-də Bakıda Belçika yığmasına qarşı olacaq.

Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edən millimizin heyəti belədir:

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev

Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov

Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou, Vüsal Rüstəmov

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov

Baş məşqçi: Fərid Cəlalov

Köməkçi məşqçilər: Akif Vəliyev, Ülvi Rəcəbli

2026 Avropa çempionatı (təsnifat mərhələsi)

B qrupu

17 avqust

20:30. Avstriya - Azərbaycan 3:0 (

writer photo
Əlirza Əlirzalı
0