Cerrard istefaya göndərildi
21.10.2022 - 09:32
Cerrard istefaya göndərildi

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Aston Villa” Stiven Cerrardla yollarını ayırıb.

Buna komandanın uğursuz nəticələri səbəb olub. Klub rəhbərliyi ötən ilin noyabrından bu postu tutan Cerrardla vidalaşmağa üstünlük verib. Komandanın turnir cədvəlinin 17-ci pilləsində qərarlaşması birminhemliləri qane etmir.

Qeyd edək ki, “Aston Villa” dünən səfərdə “Fulhem”ə uduzub – 0:3.
 

writer photo
Əlirza Əlirzalı
0