Dortmund “Borussiya”sının futbolçusu Yussuf Mukoko karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, gənc hücumçu “Liverpul”dan sonra “Mançester Yunayted”in də maraq dairəsinə düşüb.
Premyer Liqanın hər iki təmsilçisi 17 yaşlı oyunçunu qışda heyətinə qatmaq niyyətindədir. Almaniya millisinin DÇ-2022-yə yollanacaq heyətinə salınan Mukoko mundialda da diqqətlə izləniləcək. Ondan sonra Bundesliqa təmsilçisi ilə danışıqlara start veriləcək.
Qeyd edək ki, Yussufun müqaviləsi 2023-cü ilin yayına qədərdir. Mukoko sözləşməni yeniləmək üçün 18 yaşının tamam olmasını gözləməlidir.