“Sabah”dan qələbə, “Qəbələ” xal itirdi - YENİLƏNİB
29.11.2022 - 18:23
“Sabah”dan qələbə, “Qəbələ” xal itirdi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XV tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, günün hər iki matçı paytaxtdan kənarda keçirilib.

İlk görüş Tovuzda baş tutub. Debütant “Turan Tovuz” doğma azarkeşləri önündə çempionluğa iddialı “Sabah”ı qəbul edib. 

Bir qolun həlledici olduğu qarşılaşmada qonaqlar sevinib. Aleksey Kaşukun qolu “Sabah”a vacib 3 xal qazandırıb. Bir gün əvvəl “Qarabağ”ın büdrəməsi sayəsində Murad Musayevin yetirmələri liderlə xal fərqini 3-ə endirib.

Tura “Sumqayıt”la “Qəbələ”nin dueli ilə yekun vurulub. Bu mövsüm qələbə üzünə həsrət qalan yeganə komanda olan “gənclik şəhəri” təmsilçisi bu dəfə də azarkeşlərini sevindirə bilməyib. İsnik Aliminin penalti zərbəsi ilə hesabı açdığı matçda meydan sahibləri məğlubiyyətdən qaça bilib. Todor Todoroski hesabda tarazlıq yaradıb – 1:1. Vacib iki xal itirən “Qəbələ” 4-cü pilləyə yüksəlmək şansını qaçırıb.

Qeyd edək ki, çempionatda XVI turun oyunları dekabrın 2-4-ü aralığında keçiriləcək.

Misli Premyer Liqası
XV tur
29 noyabr (çərşənbə axşamı)
14:00. “Turan Tovuz” – “Sabah” - 0:1
Qol: 
Aleksey Kaşuk, 80
Baş hakim: Rauf Cabarov
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 17. Natan Oduva, 19. Runi Eva, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 60. Səbayıl Bağırov, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya
Baş məşqçi: Ayxan Abbasov
“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk 
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 18. Davit Volkov, 19. Con İrasabal
Baş məşqçi: Murad Musayev
Tovuz şəhər stadionu

16:30. “Sumqayıt” – “Qəbələ” - 1:1
Qollar: 
Todor Todoroski, 79 - İsnik Alimi, 74 (pen.)
Baş hakim: Elçin Məsiyev
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 43. Riçard Qadze, 12. Todor Todoroski
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç
Məşqçi: Mübariz Orucov
“Qəbələ”: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Kapital Bank Arena”

1

Qarabağ

15

13

2

0

40-8

41

2

Sabah

15

12

2

1

31-10

38

3

Neftçi

15

10

2

3

31-15

32

4

Zirə

15

7

2

6

16-21

23

5

Qəbələ

15

6

3

6

18-16

21

6

Turan Tovuz

15

4

4

7

10-19

16

7

Şamaxı

15

2

5

8

13-24

11

8

Səbail

15

2

4

9

12-23

10

9

Kəpəz

15

2

4

9

12-30

10

10

Sumqayıt

15

0

6

9

7-24

6

Bombardirlər: Ramil Şeydayev, Musa Qurbanlı (hər ikisi “Qarabağ”) - 11 qol, Emin Mahmudov (“Neftçi”) - 9 qol

writer photo
Əlirza Əlirzalı
0