Flik: “Levandovskinin gedişi onlara şans yaradacaq”
15.06.2022 - 12:22
Flik: “Levandovskinin gedişi onlara şans yaradacaq”

Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik hücumçu Robert Levandovskinin “Bavariya”nı tərk etmə ehtimalına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, “Bavariya”nın sabiq çalışdırıcısı polşalı forvard barədə xoş fikirlər səsləndirib.

Flik hesab edir ki, Levandovskinin gedişi yerli gənclərə şans yarada bilər: “Levandovski ilə “Bavariya”da gözəl vaxt keçirdik. Birlikdə bir mövsümdə 6 kubok qazandığımız zaman o, ən yaxşı idi. Əsl peşəkardır, dünya səviyyəli oyunçudur. İşin bu həddə gəlməsi yaxşı deyil. Ola bilsin ki, onun “Bavariya”dan ayrılması və Erlinq Halandın “Mançester Siti”yə transferi gənc alman futbolçulara özlərini sübut etmək imkanı verəcək”.

Qeyd edək ki, Robert Levandovski ötən mövsüm bütün turnirlərdə 47 oyunda 50 qol vurub, 7 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0