Veşoviçin cəzası bəlli oldu
31.01.2024 - 15:31
Veşoviçin cəzası bəlli oldu

“Qarabağ”ın futbolçusu Marko Veşoviç cəzalandırılıb.

Apasport.az xəbər verir ki, 32 yaşlı müdafiəçi Avropa Liqasının qrup mərhələsinin VI turunun “Haken”lə oyununda qırmızı vərəqə almışdı.

Monteneqro millisinin də şərəfini qoruyan futbolçunun hərəkəti UEFA tərəfindən dəyərləndirilib. Qurumun mətbuat xidmətinin açıqlamasında Veşoviçin qarşıdakı  oyunda “köhlən atlar”a köməklik edə bilməyəcəyi bildirlir. Bu isə o deməkdir ki, o, yarışın pley-off mərhələsinin “Braqa” ilə Portuqaliyadakı görüşünü buraxacaq.

Qeyd edək ki, “Braqa” – “Qarabağ” matçı fevralın 15-də keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0