"Mançester Siti"dən "Vest Hem"ə getdi
26.01.2024 - 20:01
"Mançester Siti"dən "Vest Hem"ə getdi

"Vest Hem" heyətinə yeni futbolçu cəlb edib.

Apasport.az xəbər verir ki, London klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Filipsi icarəyə götürüb.

28 yaşlı futbolçu mövsümün qalan hissəsində “Vest Hem”in şərəfini qoruyacaq. İngiltərə millisinin də formasını geyinən futbolçu yeni komandasında 11 nömrəli forma ilə meydana çıxacaq.

Qeyd edək ki, bu mövsüm 10 matçda 319 dəqiqə meydanda olan ingiltərəli 1 qolla yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0