“Lester” ona əmanət
11.04.2023 - 10:49
“Lester” ona əmanət

İngiltərənin “Lester” klubuna yeni baş məşqçi təyin edilib.

Apasport.az saytı xəbər verir ki, komandaya 52 yaşlı Din Smit rəhbərlik edəcək.

Onunla cari mövsümün sonuna kimi razılıq əldə olunub. “Norviç” və “Aston Villa” kimi klublarda işləmiş ingilis mütəxəssisin məşqçilər korpusunda 2017-ci ildə “Lester”i çalışdırmış Kreyq Şekspir və “Çelsi”nin veteran müdafiəçisi Con Terri də yer alacaq.

Qeyd edək ki, Premyer Liqada son 5 matçının 4-də məğlub olan “Lester” yalnız bir görüşdə heç-heçə edib. Komanda 30 oyundan sonra 25 xalla 19-cu pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0