UEFA-nın tanınmış funksioneri istefa etdi
25.01.2024 - 14:08
UEFA-nın tanınmış funksioneri istefa etdi

UEFA-nın futbol üzrə rəhbəri Zvonimir Boban istefa verib.

Apasport.az xəbər verir ki, “Milan”ın keçmiş yarımmüdafiəçisi və Xorvatiyanın kapitanı olan Bobanın müqaviləsinə qarşılıqlı anlaşma əsasında xitam verilib. 

56 yaşlı funksionerin UEFA prezidenti Aleksander Ceferinin qurumun əsasnaməsinə dəyişiklik etmək istəyi ilə razı olmadığı üçün belə addım atıb: “Başqa çıxış yolum olmadığı üçün UEFA-dan ayrılmağa qərar verdim”.

Qeyd edək ki, Zvonimir Boban təşkilata 2021-ci ildə qoşulub. O, UEFA Futbol Şurasının və Gənclər Futbol Forumunun yaradılması kimi mühüm layihələrin təşəbbüskarı olub.

writer photo
Əlirza Əlirzalı
0