Gerye Azərbaycana qayıtdı
28.01.2023 - 12:31
Gerye Azərbaycana qayıtdı

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib. 

Klubdan apaspoprt.az saytına verilən məlumata görə, Bakı təmsilçisi Donald Gerye ilə anlaşıb. 

33 yaşlı müdafiəçi ilə yarım mövsüm+1 illik müqavilə imzalanılıb. Haiti millisinin kapitanı karyerası ərzində ölkəsinin “Violette”, “Amerika des Kayes”, Polşanın “Visla”(Krakov), “Vieçesta”, Türkiyənin “Alanyaspor”, Kiprin “Apollon” və “Olimpiakos” klublarında da çıxış edib.

O, daha əvvəl ölkəmizdə “Qarabağ” və “Neftçi”nin də formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0