“Göygöl” mərhələ adladı: “Turan Tovuz”la üz-üzə gələcək
18.11.2023 - 16:25
“Göygöl” mərhələ adladı: “Turan Tovuz”la üz-üzə gələcək

Azərbaycan kubokunda I təsnifat mərhələsinin ilk oyun günü başa çatıb.

Apasport.az xəbər verir ki, günün son matçı Göygöl OİK stadionunda baş tutub.

Eyniadlı komanda “Dinamo”nu sınağa çəkib. II Liqa klublarının duelinin taleyi ikinci 45 dəqiqədə həll olunub. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

“Göygöl” II təsnifat mərhələsində “Turan Tovuz”la qarşılaşacaq. Noyabrın 18-20-nə planlaşdırılan matç Premyer Liqa klubunun meydanına baş tutacaq. 

Azərbaycan kuboku
I təsnifat mərhələsi
18 noyabr (şənbə)
14:30. “Göygöl” – “Dinamo” – 2:1

Qollar: Ziyabil Məmmədov, 75, Vüqar Əşrəfli, 76 // Valeh Seyidov, 90+1
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Göygöl OİK stadionu 

writer photo
Əlirza Əlirzalı
0