Güləşçilərimizin rəqibləri bəlli olub
09.08.2024 - 16:24
Güləşçilərimizin rəqibləri bəlli olub

Azərbaycanın sərbəst güləşçiləri Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedovun (97 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk rəqibləri bəlli olub.

Apasport.az xəbər verir ki, hər iki idmançı mübarizəyə 1/8 final mərhələsindən start verəcək.

Hacı Əliyev bu mərhələdə meksikalı Ostin Qomeslə üz-üzə gələcək.

Maqomedxan Maqomedov isə Dominikan Respublikası təmsilçisi Luis Migel Pereslə qarşılaşacaq

Qeyd edək ki, görüşlər avqustun 10-da Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

 

writer photo
Əlirza Əlirzalı
0