I Liqada 2023/2024 mövsümünün mükafatlandırma mərasiminin vaxtı bəlli olub
17.05.2024 - 14:48
I Liqada 2023/2024 mövsümünün mükafatlandırma mərasiminin vaxtı bəlli olub

Futbol üzrə Azərbaycan I Liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasiminin vaxtı müəyyənləşib.

Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir mayın 23-də baş tutacaq.

Çempion komandaya qızıl medallar və kubok mövsüm ərzində ev oyunlarını keçirdiyi stadionda təqdim olunacaq. Mükafatlandırma mərasimi məkandan asılı olmayaraq saat 17:00-da başlayacaq.

Qeyd edək ki, hazırda I Liqada turnir cədvəlinin ilk pilləsində 54 xalla “Şamaxı” qərarlaşıb. "Qaradağ Lökbatan" 53 xalla ikincidir. Azərbaycan çempionu sonuncu - XXVII turda müəyyənləşəcək.

writer photo
Əlirza Əlirzalı
0