İbrahim Cibrila “Zirə”də - 2,5 illik müqavilə
12.10.2022 - 10:23
İbrahim Cibrila “Zirə”də - 2,5 illik müqavilə

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.

Bildirilib ki, bakılılar İssa İbrahim Cibrila ilə anlaşıb. Vingerlə 2,5 illik müqavilə imzalanıb. Əldə edilmiş razılığa əsasən, müqavilə 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Yəni Cibrila ikinci yarıdan etibarən “Zirə”nin formasını geyinə bilər.

Qeyd edək ki, Niger millisinin də üzvü olan 27 yaşlı futbolçunun son klubu Türkiyənin “Ankara Keçiörəngücü” komandası olub.
 

writer photo
Əlirza Əlirzalı
0