İcraiyyə Komitəsinin qərarları açıqlandı
16.08.2023 - 13:17
İcraiyyə Komitəsinin qərarları açıqlandı

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. 

Apasport.az saytının məlumatına görə, qurumun mətbuat xidməti tədbirdəki qərarları açıqlayıb.

AFFA-nın inzibati binasındakı iclasda aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2023/2024-cü illər mövsümündən etibarən “Şahdağ Qusar” və “Dinamo” FK II liqada çıxış etsin.
Həqiqi hərbi xidmət yaşına çatmış futbolçuların “Dinamo” FK-ya cəlb olunması məsələsinin yoxlanılması və yekun qərarın qəbul olunması Peşəkar Futbol Liqasına və AFFA katibliyinə həvalə olunsun.
 
2. FİFA-nın “FORWARD” layihəsi çərçivəsində infrastruktur layihələri üçün ayrılan maliyyə vəsaitinin AFFA-nın balansında olan stadion və Akademiyalarda təmir və yenidənqurma işlərinin görülməsinə ayrılsın.

writer photo
Əlirza Əlirzalı
0