İdmançımız “Bavariya Open”də mübarizə aparacaq
29.01.2024 - 16:35
İdmançımız “Bavariya Open”də mübarizə aparacaq

Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva beynəlxalq turnirdə mübarizə aparacaq. 

Apasport.az xəbər verir ki, idmançımız “Bavariya Open”də yeniyetmə qızların yarışında iştirak edəcək. 

Təmsilçimiz 18 konkisürən arasında yanvarın 31-də qısa, fevralın 1-də sərbəst proqramla buz üzərinə çıxacaq.

Qeyd edək ki, yarış Almaniyada təşkil olunacaq. 

 

writer photo
Əlirza Əlirzalı
0