II liqada yeni mövsüm başlayır
31.08.2024 - 13:23
II liqada yeni mövsüm başlayır

Bu gün Azərbaycan 2-ci liqasında 2024/25 mövsümü start götürəcək.

Apasport.az xəbər verir ki, ilk gündə 1-ci turun 3 matçı keçiriləcək.

"Göygöl" "Şimal"la, "Haypers Quba" "Saatlı-Araz"la, "Lerik" isə "Füzuli" ilə üz-üzə gələcək. Turun digər matçları 2 sentyabr tarixlərində oynanılacaq.

Qeyd edək ki, ötən mövsüm Azərbaycan 2-ci liqasının qalibi "Bakı Sportinq" olub. Komanda bu mövsüm 1-ci liqada mübarizə aparacaq.

31 avqust (şənbə)

16:30. "Göygöl" – "Şimal"
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ruslan Quliyev
Göygöl OİK stadionu

17:00. "Hypers Guba" – "Saatlı Araz"
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Rasim Axundov, Emin Abdullayev
Quba OİK stadionu

17:00. "Lerik" – "Füzuli"
Hakimlər: Murad Səlimov, Zakir Şükürzadə, Mirnihad Seyidov, Nazim Abdullayev
Lənkəran OİK stadionu

2 sentyabr (bazar ertəsi)

16:30. "Şəki Siti" – "Şəmkir"
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Orxan İbişov, Sənan Bayramzadə
Şəki şəhər stadionu

16:45. "Şahdağ Qusar" – "Dinamo"
Hakimlər: Səbuhi Bayramov, Rasim Axundov, Aydın Bəxşiyev, Murad Səlimov
Şamaxı OİK stadionu

17:00. "Şəfa" – "Qusar"
Hakimlər: İslam Məmmədov, Gülnurə Əkbərzadə, Elmin Süleymanov, Rövşən Rəcəbov
"ASK Arena"

17:00. "Ağdaş" – "Kür-Araz"
Hakimlər:
 Vüqar Həsənli, Sənan Atayev, Rəhman Aslanov, Namiq Bəkirov
Ağdaş şəhər stadionu

writer photo
Əlirza Əlirzalı
0