İlham Zəkiyevə qalib gələn cüdoçu Braziliyada ilin idmançısı seçildi - FOTO
11.02.2023 - 23:17
İlham Zəkiyevə qalib gələn cüdoçu Braziliyada ilin idmançısı seçildi - FOTO

Braziliyada paraatletlər üçün 2022-ci ilin idmançıları müəyyənləşib.

Apasport.az xəbər verir ki, Sau Paulu şəhərində keçirilən tədbirdə kişilərdə cüdoçu Vilians Silva di Arauju, qadınlarda üzgüçü Karol Santyaqu ən yaxşı seçilib. 31 yaşlı idmançı bundan əvvəl fevralın 8-də Paralimpiya cüdoçuları arasında Braziliyanın ən yaxşıları arasına düşmüşdü (2014 və 2015-ci illərdə də bu mükafatı qazanıb).

Qeyd edək ki, Vilians Arauju ötən il 24 dəfə tatami üzərinə çıxıb, bunlardan 23-də ipponla qalib gəlib, 7 dəfə qızıl medal qazanıb. Onun ən böyük nailiyyəti isə 7-9 noyabr tarixlərində Bakıda keçirilmiş dünya çempionatında qazandığı qızıl medal olub. O, +90 kq çəki dərəcəsində (J1 kateqoriyası) finalda ikiqat Olimpiya çempionu İlham Zəkiyevə qalib gəlib.

Onu da bildirək ki, Vilians Arauju gözünü 10 yaşında atışma zamanı güllə dəyməsi nəticəsində tamamilə itirib. O, 8 il sonra cüdoda özünü tapıb. Bunadək üzgüçülük və futbolla məşğul olsa da, orada özünü göstərə bilməyib.

writer photo
Əlirza Əlirzalı
0