“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib
20.07.2024 - 10:14
“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib

Yeni mövsümdə I Liqada mübarizə aparacaq “İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisi “Qaradağ Lökbatan”dan Mehdi Tahirovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.

Mehdi Tahirov daha əvvəl “Qarabağ” və “Neftçi”nin formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0