İngiltərə Futbol Federasiyası Qaret Sautqeytin yerinə millinin baş məşqçi postuna ilk namizədi müəyyən edib.
Apasport.az "Teleqraf"a istinadla xəbər verir ki, İngiltərə milli komandasına namizədlər arasında ötən mövsüm “Tottenhem”i çalışdıran Ange Postekoqlou da var.
Daha əvvəl isə İngiltərə millisinə bir neçə aydır işsiz qalan argentinalı mütəxəssis Maurisio Poçettino başçılıq edə bilər - onun son klubu Londonun "Çelsi"si olub.
Qeyd edək ki, Sautqeyt 2016-cı ildən İngiltərə millisinin baş məşqçisi vəzifəsində çalışırdı. Onun rəhbərliyi altında milli komanda iki dəfə Avropa çempionatının finalına yüksəlib.