"İnter" ispaniyalı qolkiperlə müqavilə imzalayacaq
20.06.2024 - 15:11
"İnter" ispaniyalı qolkiperlə müqavilə imzalayacaq

A Seriya təmsilçilərindən "Cenoa"nın qapıçısı Xosep Martines "İnter"in sıralarına qoşulacaq.

Apasport.az xəbər verir ki, insayder Fabrizio Romano bu barədə məlumat yayıb. 

Onun sözlərinə görə, ispaniyalı qolkiperlə həftənin sonuna qədər müqavilə imzalanacaq. 

Martinez "Cenoa" forması ilə A Seriyasında 36 matçda iştirak edib, 43 qol buraxıb və 8 "quru oyun" keçirib.

 

writer photo
Əlirza Əlirzalı
0