Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Misli Premyer Liqası XXVI tur
09.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXVI turun “Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən matçın rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Kəpəz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
10.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXVI turun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Turan Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);
10.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXVI turun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);
10.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXVI turun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun 78-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun 1 nömrəli futbolçusu Vüsal Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Araz-Naxçıvan” klubu 3000 manat cərimə edilir (maddə 43.3);
I Liqa XVII tur
06.03.2024-cü il tarixində I Liqada XVII turun MOİK – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);
07.03.2024-cü il tarixində I Liqada XVII turun “Qaradağ Lökbatan” – “İmişli” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilir (maddə 37);
07.03.2024-cü il tarixində I Liqada XVII turun “Qaradağ Lökbatan” – “İmişli” oyununun 80-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 22 nömrəli futbolçusu Mikel Badejo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qaradağ Lökbatan” klubu 50 manat cərimə edilir (maddə 36.5);
07.03.2024-cü il tarixində I Liqada XVII turun “Qaradağ Lökbatan” – “İmişli” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 51.2);
07.03.2024-cü il tarixində I Liqada XVII turun “Karvan” – “Şamaxı” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilir (maddə 70.1);
07.03.2024-cü il tarixində I Liqada XVII turun “Zaqatala” – “Mingəçevir” oyununun 67-ci dəqiqəsində “Zaqatala” klubunun 15 nömrəli futbolçusu İbrahim Qədirzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Zaqatala” klubu 50 manat cərimə edilir (maddə 36.5);
07.03.2024-cü il tarixində I Liqada XVII turun “Zaqatala” – “Mingəçevir” oyununda xərəkdaşıyanlar olmadığına görə “Zaqatala” klubu 80 manat cərimə edilir (maddə 74.1);
Əvəzedicilər Liqası XXVI tur
09.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVI turun “Səbail-2” – “Sumqayıt-2” oyunu “Sumqayıt-2” komandasının 36 nömrəli futbolçusu Xəyal Fərzullayevin formasında problem olduğu üçün 4 dəqiqə gec başladığına görə “Sumqayıt-2” komandası 80 manat cərimə edilir (maddə 75.6);
10.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVI turun “Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilir (maddə 37);
10.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVI turun “Kəpəz-2” – “Neftçi-2” oyununun 76-cı dəqiqəsində “Kəpəz-2” komandasının məşqçisi Orxan Verdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimə təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanır, “Kəpəz-2” komandası 400 manat cərimə edilir (maddə 43.4);
10.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVI turun “Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasının azarkeşləri hakimin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə və bu, cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz-2” komandasına xəbərdarlıq edilir (maddə 43.7);
10.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVI turun “Kəpəz-2” – “Neftçi-2” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Kəpəz-2” komandası 80 manat cərimə edilir (maddə 74.1);
10.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVI turun “Kəpəz-2” – “Neftçi-2” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Kəpəz-2” komandası 80 manat cərimə edilir (maddə 74.1).
11.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVI turun “Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);
11.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXVI turun “Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” oyununun 45-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 50 nömrəli futbolçusu Nicad İsmayılov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilir (maddə 36.5).