İsveç – Azərbaycan matçının biletlərinin qiymətləri açıqlanıb
23.08.2024 - 15:36
İsveç – Azərbaycan matçının biletlərinin qiymətləri açıqlanıb

Sentyabrın 3-dən Millətlər Liqasının C1 qrupunun 6-cı turunun İsveç və Azərbaycan arasında Stokholmda keçiriləcək oyununun biletləri satışa çıxarılacaq. 

Apasport.az İsveç Futbol İttifaqının mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti də artıq məlumdur.

Belə ki, oyunu canlı izləmək istəyənlər 99-399 İsveç kronundan (təxminən 16-66 manat) keçməli olacaqlar. 

İsveç – Azərbaycan oyunu noyabrın 19-da “Friends Arena” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0