“Beş komandalı qrup yaxşıdır. Bu o deməkdir ki, biz də yoldaşlıq görüşləri keçirəcəyik”.
Apasport.az saytının məlumatına görə, bunu İsveç yığmasının baş məşqçisi Yanne Andersson AVRO-2024-ün seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
Azərbaycan yığmasının yer aldığı F qrupuna düşmələrinə münasibət bildirən 60 yaşlı mütəxəssis püşkatmanın nəticəsindən razılıq bildirib: “Daha pis qrupa düşə bilərdik. Eyni zamanda bundan da münasib qrup var idi. Məncə, bu, müəyyən mənada orta qrup sayılmalıdır. Çətin, amma mərhələ adlamağımız mümkün qrupdur”.
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda İsveç və Azərbaycanla yanaşı, Belçika, Avstriya və Estoniya da mübarizə aparacaq.