“Tottenhem” baş məşqçisini dəyişir
24.04.2023 - 17:57
“Tottenhem” baş məşqçisini dəyişir

“Tottenhem” müvəqqəti baş məşqçisini dəyişməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, “Nyukasl”a 1:6 hesablı məğlubiyyətdən sonra belə addım atılması zəruri olub.

Bu matçda komandaya Kristian Stellini başçılıq edib. Lakin londonlular ona əvəzləyici axtarır. Bu vəzifəyə müvəqqəti Rayan Meysonun gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, mütəxəssis əvvəllər də “Tottenhem”də baş məşqçi əvəzi kimi çalışıb.
 

writer photo
Əlirza Əlirzalı
0