“Jelezniçar”ın forvardı: “Rəqibi ətraflı təhlil etmişik”
26.07.2023 - 22:48
“Jelezniçar”ın forvardı: “Rəqibi ətraflı təhlil etmişik”

“Komandada əla mühit hökm sürür. Sabah uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Apasport.az-ın məlumatına görə, bu sözləri “Jelezniçar”ın hüçumçusu Süleyman Krpiç deyib.

Avropa Liqasının I təsnifat mərhələsində “Jelezniçar”a uğur qazandıran qolun müəllifi “Neftçi”nin güclü rəqib olduğunu qeyd edib: “Oyuna yaxşı hazırlaşmışıq. “Neftçi” daha güclü rəqibdir. Onu ətraflı təhlil etmişik və bacarıqlarını bilirik. Öz meydanımızda azarkeşlərin dəstəyi ilə qələbə qazanmaq istəyirik”.

Qeyd edək ki,  “Jelezniçar” turnirin I təsnifat mərhələsində Minsk "Dinamo"sunu mübarizədən kənarlaşdırıb.

 

writer photo
Əlirza Əlirzalı
0