Poqbanın müqavilə bağlayacağı tarix açıqlandı
06.07.2022 - 14:06
Poqbanın müqavilə bağlayacağı tarix açıqlandı

Fransa millisinin futbolçusu Pol Poqbanın “Yuventus”a keçəcəyi tarix müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi iyulun 9-da Turinə yollanacaq.

O, həmin gün “qoca sinyora”da əvvəlcə tibbi müayinədən keçəcək, ardından müqaviləyə qol çəkəcək. Anlaşmaya əsasən, Poqba 2026-cı ilin yayına qədər “Yuve”yə məxsus olacaq. Ulduz futbolçunun “Mançester Yunayted”lə müqaviləsi başa çatdığından, bu keçid turinlilərə havayı başa gəlib.

Qeyd edək ki, Pol Poqba 2012-2016-cı illərdə “Yuventus”da çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0