UEFA-dan assosiasiyalara xəbərdarlıq: AVRO-2024-dən qovulma riski
13.10.2022 - 10:03
UEFA-dan assosiasiyalara xəbərdarlıq: AVRO-2024-dən qovulma riski

AVRO-2024-ün seçmə mərhələsində Kosovo ilə oyundan imtina edən komandaları UEFA cəzalandıracaq.

Apasport.az saytı xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hər hansı bir yığma Kosovo ilə oynamaq istəməsə, turnirdən kənarlaşdırıla bilər: “Hansısa assosiasiya oynamaqdan imtina edərsə, matçın baş tutmamasına görə məsuliyyət daşıyacaqsa, UEFA Nəzarət, İntizam və Etika Komitəsinə cəlb olunacaq. Komitə həmin assosiasiyaya qarşı əlavə intizam tənbehi görəcək və o ölkənin yığması turnirdən qovula bilər”.

Qeyd edək ki, Kosovo millisi AVRO-2024-ün seçmə mərhələsində Andorra, Belarus, İsrail, Rumıniya və İsveçrə ilə İ qrupda mübarizə aparacaq.
 

writer photo
Əlirza Əlirzalı
0