“Jelezniçar”ın futbolçusu: “Neftçi” güclü komandadır”
26.07.2023 - 12:02
“Jelezniçar”ın futbolçusu: “Neftçi” güclü komandadır”

“Təbii ki, Minsk “Dinamo”sunu keçmək asan olmadı. Evdəki matçda 0:2 hesabı ilə geriyə düşəndə də, ümidimizi itirməmişdik”.

Bunu apasport.az saytına açıqlamasında “Jelezniçar”ın futbolçusu Edin Rustemoviç deyib.

30 yaşlı yarımmüdafiəçi Konfrans Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə evdəki ilk oyunu öncəsi fikirlərini bölüşüb. Edin əvvəlki raundu xatırlayıb: “Sonradan hesabı 2:2 edərək səfər matçına gəldik. Əslində, hər şey yaxşı idi, Bakıdakı meydança, şərait... Sadəcə uzun yol qət etmişdik. Amma “Dinamo” ilə görüşdə sona qədər mübarizə aparıb ikinci mərhələyə adladıq. Lakin biz mübarizəmizi dayandırmamışıq, bu mərhələdə də sona qədər oynayacağıq”.

Rustemoviç “Neftçi”ni güclü rəqib saysa da, komandasının şansını az hesab etmir: “Neftçi” haqda məlumatım var. Onların Avropa Liqasının qrup mərhələsində oynadığını da bilirəm. Ölkəsində tanınan, güclü klubdur. Avrokuboklarda asan görüş yoxdur. İlk oyunu evdə keçirəcəyik. Biz öz meydanımızda da ən yaxşı nəticə üçün meydanda çıxacağıq. “Neftçi” güclü komandadır. Amma şans hər zaman var. Bu şansın yaranması üçün sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, ilk oyunu sabah keçirəcək rəqiblərin cavab görüşü avqustun 3-də Bakıda baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0