Juninyo "Qarabağ"da qalır
11.03.2024 - 20:41
Juninyo "Qarabağ"da qalır

“Qarabağ” son vaxtlarda bir çox klubların diqqət mərkəzinə düşən forvardı Juninyo üçün yeni müqavilə hazırlayır.

Apasport.az saytına verilən məlumata görə, Ağdam klubu braziliyalı ilə yaxın gələcəkdə sağolllaşmaq istəmir.

Bu baş verəcəyi təqdirdə isə, "Qarabağ" onun transferindən yüksək təzminat əldə etmək niyyətindədir.

Buna görə də, “Qarabağ”ın Juninyonun müqavilə müddətini artıracağı gözlənilir.

Saytımıza daxil olan məlumata əsasən, onun müqavilə müddəti daha iki illik artırıla bilər.

Xatırladaq ki, 2023-cü il iyulun 1-də Portuqaliyanın “Çaveş” klubundan “Qarabağ”a keçən 27 yaşlı hücumçu üç illik müqaviləyə qol çəkmişdi.

writer photo
Əlirza Əlirzalı
0