"Türkiyədən gələn qonaqları salamlayıram. Klubumuz ənənəyə sadiq olaraq portnyorlar şəbəkəsini genişləndirir".
Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev “Liv Bona Dea Hospital”la imzalanan sponsorluq müqaviləsi zamanı deyib.
Prezident yeni sponsorla əməkdaşlıqdan məmnunluğunu bildirib: "Bu günə kimi Türkiyə və Azərbaycanın məşhur markaları ilə işbirliyi içindəyik. Bu ənənəni davam etdiririk. Bu gün də Türkiyənin tibb sektorunda ən tanınmış markalarından biri olan “Liv Bona Dea Hospital”la əməkdaşlıq müqaviləsi imzaladıq. Bu sözləşmə bizim üçün şərəflidir. Çünki qardaş ölkədən gələn böyük qurumdur. "Neftçi" bu məsələdə öndə gedən klubudur. Tibb sektorunda da ilk böyük müqaviləni biz bağlayırıq".
Quliyev əməkdaşlıqda əsas məqsədin iki markanın birgə işbirliyi içində olmasıdır: "Burada maliyyə əsas rol oynamır. Tanıtım baxımından bu əməkdaşlıq vacibdir. Çünki iki böyük marka əməkdaşlıq edəcək".
O, yeni əməkdaşlığın onlara maliyyə baxımdan qənaət etmələrinə şərait yaradacağını söyləyib: "Klubun qarşısında müəyyən sektorlarda partnyor axtarırıq. Bu gün tibb portnyorumuzu tapdıq. Hər klub qarşısına məqsəd qoyur ki, öz xərclərini optimallaşdırsın. Biz də belədə xərci azaltmış oluruq və həmin maliyyəni komandaya, uşaq futboluna ayıra bilirik".
“Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbek də ardından öz fikirlərini bildirib: "Azərbaycana yeni gələn markayıq. Artıq qardaşlarımıza da xidmət göstəririk. Markanın Türkiyədən məşhurluğu sənətçiyə və idmançıya verdiyi xidmətlə bilinir. Bunu Azərbaycanda da başlamaq qərarına gəldik və ölkənin ən köklü klublarından biri ilə əməkdaşlığa başladıq. Bizə burada ilk qucaq açan, qonaq edənlərdən biri oldular".
Quliyev bildirib ki, bundan sonra hər futbolçu ilə müqavilə imzalayanda sağlamlığı ilə bağlı məsuliyyət götürəcəklər: "Yeni sponsorumuzun Türkiyədə 30-dan çox klinikası var. Müqavilənin şərtlərinə əsasən, bu Hospital əgər avadanlıq baxımından müayinənin öhdəsindən gələ bilməsə, o zaman futbolçumuz başqa xəstəxanada müayinə və ya əməliyyat ola bilər".
Baş direktor gələcəkdə Azərbaycanda futbolçuların əməliyyat ola biləcəyini vurğulayıb.
Taner Özbek idman və sağlamlığın bir-birinə yaraşığını əlavə edib: "Bu baxımdan burada hər iki markanın bir-birinə kömək olacağına inanırıq. Bu, iki qardaş ölkənin başqa əməkdaşlıqlarına da vəsilə ola bilər. Bəlkə də, iki ölkə klubları arasında yoxlama görüşlərinə şərait yarada bilər".
"Neftçi"nin futbolçularından Salomon Kvirkveliya və Yeqor Boqomolski bu hospitalda müayinədən keçən ilk futbolçular olublar.