Kamran Quliyevdən “Professor”a xatirə hədiyyəsi
10.05.2023 - 17:38
Kamran Quliyevdən “Professor”a xatirə hədiyyəsi

“Neftçi”nin prezidenti Kamran Quliyev veteran futbolçu, “Neftçi-2”nin sabiq baş məşqçisi Mahmud Qurbanovu 50 illik yubileyi münasibətilə təbrik edib. 

Apasport.az xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Mahmud Qurbanov 1996-1997, 2004-2005-ci illər ərzində “Neftçi”nin heyətində 72 oyun keçirib, 6 qol vurub. “Neftçi” ilə Azərbaycan çempionatının (1997, 2004, 2005) və kubokunun (2004) qalibi olmuş “Professor” ləqəbli futbolçu 2018-2022-ci illərdə “Neftçi-2”ni çalışdırıb və 2020/2021 mövsümündə əvəzedici komandamızla I Divizionun qalibi olub.

writer photo
Əlirza Əlirzalı
0