“Kəpəz” 2 futbolçu ilə vidalaşdı
15.07.2024 - 02:00
“Kəpəz” 2 futbolçu ilə vidalaşdı

"Kəpəz" hücumçu Amil Yunanov və qapıçı Kamran İbrahimov ilə başa çatan müqaviləsi yenilənməyib. 

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onların hər ikisi Gəncə təmsilçisini tərk edib.

Klub xidmətlərinə görə bu oyunçulara təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Kəpəz" A.Yunanovu "Səbail"dən icarəyə götürmüşdü.

writer photo
Əlirza Əlirzalı
0