“Kəpəz” 2 legioneri ilə yollarını ayırıb
15.06.2024 - 17:17
“Kəpəz” 2 legioneri ilə yollarını ayırıb

"Kəpəz" iki futbolçu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, müqaviləsi başa çatan Mate Kvirkviya və Adama Niane ilə anlaşma yenilənməyib. Hər iki legioner komandanı tərk edib.

Yarımmüdafiəçi mövqeyində oynayan Mate son iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub. Adama isə yalnız ötən mövsüm “Kəpəz”də çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0