Serxio Ramosdan maraqlı antirekord
27.11.2023 - 22:22
Serxio Ramos La Liqa rekorduna imza atıb.
Apasport.az xəbər verir ki, “Sevilya”nın müdafiəçisi İspaniya çempionatında 21-ci dəfə qırmızı vərəqə ilə “mükafatlandırılıb”.
27 yaşlı ispan “Real Sosyedad” – “Sevilya” (2:1) matçını erkən tərk etməli olub. Matçın bitməsinə iki dəqiqə qalmış meydandan qovulan futbolçu bununla da turnirin mütləq rekordçusu adına layiq görülüb.
Qeyd edək ki, Ramos 2004-2021-ci illərdə La Liqada (“Sevilya” və “Real”) çıxış edib. PSJ-də iki mövsüm keçirdikdən sonra o, 2023-cü ilin sentyabrında yenidən keçmiş komandasına qayıdıb.
0
0