“Barselona”nın hücumçusu Memfis Depayın meneceri klub rəhbərliyi ilə görüşüb.
Apasport.az saytının məlumatına görə, bu həftə baş tutan danışıqlar zamanı Kataloniya təmsilçisi Niderland millisinin üzvünə yeni müqavilə təklif etməyib.
Ümumiyyətlə, “Barsa” ulduz futbolçu ilə yeni sözləşmə imzalamağa hazır deyil. Ancaq 28 yaşlı forvard özü də ayrılmaq fikrində olmadığından, transferi problemə çevrilib. Onun anlaşması gələn ilin yayına qədər olduğundan, ispanlar bu yay sataraq, pul qazanmaq istəyir.
Qeyd edək ki, Memfis Depay ötən mövsüm La Liqada keçirdiyi 27 oyunda 12 qol vurub, 2 məhsuldar ötürmə verib.