"Kəpəz" ilk oyununu Bakıda keçirə bilər - SƏBƏB
15.07.2022 - 15:17
"Kəpəz" ilk oyununu Bakıda keçirə bilər - SƏBƏB

“Gəncə stadionunda bir ay əvvəl nümayəndəmiz olub, çatışmazlığı rəhbərliyə deyib”.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün püşkatma mərasimi zamanı deyib.

Musayev bildirib ki, mövsümün startına qədər Gəncə şəhər stadionu hazır olmalıdır: “AFFA rəhbərliyi də məsələdən xəbərdardır. Əgər mövsümün startına qədər çatdırmasalar, o zaman "Kəpəz"dən ilk turun oyununun başqa stadionda keçirilməsi tələb olunacaq. Bu, “Dalğa Arena”da da ola bilər, başqa stadionda da”.

writer photo
Əlirza Əlirzalı
0