"Kəpəz" yeni legioner transfer edib
11.07.2024 - 20:31
"Kəpəz" yeni legioner transfer edib

“Kəpəz” daha bir futbolçunun transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, Qərb təmsilçisi yarımmüdafiəçi Kərim Lkoçanı rənglərinə bağlayıb.

Lkoça Mərakeş əsilli ispandır. “Kəpəz” onunla 1+1 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, 24 yaşlı oyunçunun son klubu Andorra təmsilçisi “Santa Koloma” olub.
 

writer photo
Əlirza Əlirzalı
0