“Kəpəz”də iki ayrılıq
06.06.2023 - 12:38
“Kəpəz”də iki ayrılıq

“Kəpəz” iki futbolçusu ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, bunu Gəncə klubunun mətbuat xidməti açıqlayıb.

Hücumçu Salif Sisse və qapıçı Mario Mustapiç ilə müqaviləsi başa çatıb. Qərblilər legionerlərlə yeni anlaşma imzalamayıb.

Qeyd edək ki, son mövsümdə 13 oyunda forma geyinən Sisse 1 qol vurub. Mustapiç isə çempionatda 9 oyuna çıxıb və 12 top buraxıb.
 

writer photo
Əlirza Əlirzalı
0