"Kəpəz"ə müvəqqəti rəhbərlik edəcək məşqçi bəlli oldu
07.11.2023 - 13:51
"Kəpəz"ə müvəqqəti rəhbərlik edəcək məşqçi bəlli oldu

"Kəpəz"də baş məşqçi axtarışlarının davam etdiyi ərəfədə komandanı növbəti oyunda meydana çıxaracaq məşqçinin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, klubdan verilən məlumata görə, Gəncə təmsilçisini Premyer Liqanın növbəti turuna Etibar İbrahimov çıxaracaq.

Mütəxəssis noyabrın 5-də istefa vermiş Azər Məmmədovun köməkçilərindən biri idi.

Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın XIII turunda "Araz-Naxçıvan"la üz-üzə gələcək. Noyabrın 10-da baş tutacaq qarşılaşma saat 19:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0