Konfrans Liqası: "Sabah" və "Zirə"nin oyunlarını idarə edəcək hakimlər bəlli olub
02.08.2024 - 17:22
Konfrans Liqası: "Sabah" və "Zirə"nin oyunlarını idarə edəcək hakimlər bəlli olub

UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində "Zirə" və "Sabah"ın oyunlarını idarə edəcək hakimlər bəlli olub.

Apasport.az xəbər verir ki, "Zirə"nin Xorvatiya təmsilçisi "Osiyek"lə ilk matçının baş hakimi yunanıstanlı Aristotelis Diamantopoulos olacaq.

"Dalğa Arena"dakı cavab görüşünü isə avstriyalı Xulian Veinberger idarə edəcək.

"Sent-Patriks Atletik” və "Sabah" arasındakı ilk qarşılaşmanı islandiyalı Vilhjalmur Thorarinsson idarə edəcək. Bakıdakı cavab oyununda isə rumıniyalı Marsel Birsan iş başında olacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk matçları 8 avqustda, cavab görüşləri isə avqustun 15-də gerçəkləşəcək.

writer photo
Əlirza Əlirzalı
0