Krakov-2023: Abbaszadə 8-ci oldu
21.06.2023 - 12:58
Krakov-2023: Abbaszadə 8-ci oldu

Krakov-2023 III Avropa Oyunlarında atletika yarışlarının ikinci gününün ilk sessiyası davam edir.

Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının daha bir üzvü qüvvəsini sınayıb.
 
Uzunluğa tullanmada mübarizə aparan Kəsgin Abbaszadə 7,12 m nəticə göstərib. O, yarışı 8-ci yerdə başa vurub.

Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır. 

writer photo
Əlirza Əlirzalı
0