Krakov-2023: Atletimiz 7-ci oldu
20.06.2023 - 13:39
Krakov-2023: Atletimiz 7-ci oldu

Krakov-2023 III Avropa Oyunlarında atletika yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının daha bir təmsilçisi mübarizəyə qoşulub.

Elman Abışov kişilərin 800 m məsafəyə qaçışında çıxış edib. O, finişə 2 dəqiqə 6,12 saniyəyə çatıb. 

Elman şəxsi rekorduna imza atsa da, B qrupundakı “yeddilik”də sonuncu olub. Atletimiz iki qrupun yekununda da 14-cü yeri tutub.

Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır. 

writer photo
Əlirza Əlirzalı
0