Azərbaycan karateçisi Tural Ağalarzadə Krakov-2023 III Avropa Oyunlarının qalibi adını qazanıb.
Apasport.az saytının məlumatına görə, 67 kq çəkidə qüvvəsini sınayan Avropa çempionatının mükafatçısı finalda yunanıstanlı Dionisios Xenosla üz-üzə gəlib.
Təmsilçimiz qrup mərhələsində olduğu kimi, bu dəfə də rəqibinə şans verməyib. Döyüşü aktivinə yazan Ağalarzadə Polşada qızıl medala yiyələnib. Bu həm də, Azərbaycan millisinin Krakov-2023-də ilk mükafatı olub.
O, qrup mərhələsində İv Tadiss (Macarıstan), Toni Pissino (İsveçrə) və Dionisios Xenosa (Yunanıstan) qalib gəlib. Tural yarımfinalda isə polşalı Miloş Sabieçkini məğlub edib.
Qeyd edək ki, Ağalarzadə fərqli, digər 3 karateçimiz Oyunları mükafatsız bitirib.
***
19:27.
Azərbaycan karateçisi Tural Ağalarzadə Krakov-2023 III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.
Apasport.az saytının məlumatına görə, 67 kq çəkidə qüvvəsini sınayan Avropa çempionatının mükafatçısı finala gedən yolda polşalı Miloş Sabieçki ilə üz-üzə gəlib.
Gərgin keçən görüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Qrup mərhələsinin bütün qarşılaşmalarında qalib gələn Tural yenə də dayanqdan üstün ayrılıb – 4:3.
O, finalda yunanıstanlı Dionisios Xenosu sınağa çəkəcək.
Qeyd edək ki, Ağalarzadə fərqli, digər 3 karateçimiz Oyunları mükafatsız bitirib.
***
16:00.
Azərbaycan karateçisi Tural Ağalarzadə Krakov-2023 III Avropa Oyunlarında qrup mərhələsini başa vurub.
Apasport.az saytının məlumatına görə, 67 kq çəkidə mübarizə aparan təmsilçimiz B qrupundakı son döyüşdə yunanıstanlı Dionisios Xenosla qarşılaşıb.
Bunadək İv Tadissini (Macarıstan) 4:0, Toni Pissinonu (İsveçrə) 5:3 hesabı ilə üstələyən təmsilçimiz bu dəfə də rəqibindən üstün olub. O, 2:0 hesablı qələbə ilə yarımfinala qrup birincisi kimi yüksəlib.
Qeyd edək ki, Ağalarzadənin yarımfinal döyüşü Bakı vaxtı ilə saat 19:20-də başlayacaq. O, polşalı Miloş Sabieçki ilə qarşılaşacaq.
***
15:37.
Azərbaycan karateçisi Əminağa Quliyev Krakov-2023 III Avropa Oyunlarında çıxışını başa vurub.
Apasport.az saytının məlumatına görə, 60 kq çəkidə mübarizə aparan təmsilçimiz A qrupundakı son döyüşündə polşalı Arkadiuş Kvasnevski ilə görüşüb.
İlk qarşılaşmada Stefan Xenosa (Yunanıstan) 1:2, ardınca Eray Şamdana (Türkiyə) 0:7 hesabı ilə uduzan idmançımız ilk qələbəsini qazanıb. O, polşalını 5:3 hesabı ilə üstələyib.
Qrupda 1 qələbə qazanan və 2 məğlubiyyət alan Əminağa üçün Avropa Oyunları başa çatıb.
Bununla da yığmamızın günü bir medalla tamamlayacağı dəqiqləşib. 2 qələbə qazanan Tural Ağalarzadə yarımfinala vəsiqə qazanıb ki, bununla da təmsilçimiz ən azı bürünc medalı təmin edib. Bu, yığmamızın Polşada ilk mükafatıdır.
***
15:21.
Azərbaycan karateçisi Tural Ağalarzadə Krakov-2023 III Avropa Oyunlarında mübarizəni davam etdirir.
Apasport.az saytının məlumatına görə, 67 kq çəkidə mübarizə aparan təmsilçimiz ikinci döyüşünü keçirib.
B qrupunda çıxış edən təmsilçimiz İv Tadissi (Macarıstan) üzərində 4:0 hesablı qələbənin ardından Toni Pissino (İsveçrə) ilə görüşüb. Karateçimiz ikinci qələbəsini qazanıb – 5:3.
Qeyd edək ki, onun qrupda son rəqibi yunanıstanlı Dionisios Xenos olacaq.
***
15:10.
Azərbaycan karateçisi Əminağa Quliyev Krakov-2023 III Avropa Oyunlarında ikinci döyüşünü keçirib.
Apasport.az saytının məlumatına görə, 60 kq çəkidə mübarizə aparan təmsilçimiz Eray Şamdan (Türkiyə) ilə görüşüb.
A qrupundakı ilk qarşılaşmada Stefan Xenosa (Yunanıstan) 1:2 hesabı ilə uduzan təmsilçimiz yenə məğlub olub. Türkiyəli karateçisi 7:0 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, onun qrupda son rəqibi polşalı Arkadiuş Kvasnevski olacaq.
***
14:50
Azərbaycan yığmasının daha bir karateçisi Krakov-2023 Avropa Oyunlarında mübarizəyə başlayıb.
Apasport.az saytının məlumatına görə, 67 kq çəkidə mübarizə aparan Tural Ağalarzadə ilk döyüşünü keçirib.
B qrupunda çıxış edən təmsilçimiz İv Tadissi (Macarıstan) ilə qarşılaşıb. Tural 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, onun növbəti rəqibi Toni Pissino (İsveçrə) olacaq.
***
14:41.
Azərbaycanın kişilərdən ibarət karate yığması Krakov-2023 Avropa Oyunlarında mübarizəyə başlayıb.
Apasport.az saytının məlumatına görə, 60 kq çəkidə mübarizə aparan Əminağa Quliyev ilk döyüşünü keçirib.
A qrupunda çıxış edən təmsilçimiz Stefan Xenos (Yunanıstan) ilə görüşüb. O, yarışa 1:2 hesablı məğlubiyyətlə başlayıb.
Qeyd edək ki, onun növbəti rəqibi Eray Şamdan (Türkiyə) olacaq.
***
14:11.
Azərbaycan karateçisi Mədinə Sadıqova Krakov-2023 III Avropa Oyunlarında qrup mərhələsini başa vurub.
Apasport.az saytının məlumatına görə, 55 kq çəkidə çıxış edən idmançımız təsnifat mərhələsinin B qrupunda son görüşünə çıxıb.
O, Cennifer Varninqlə (Lüksemburq) üz-üzə gəlib. Təmsilçimiz 2:3 hesabı ilə məğlub olub.
Bununla da qadın karateçilərimizin hər biri qrup mərhələsini 1 qələbə və 2 məğlubiyyətlə başa vurub. Həm Fidan Teymurova (50 kq), həm də Mədimə Sadıqova (55 kq) yarımfinala yüksələ bilməyərək yarışla vidalaşıb.
Qeyd edək ki, birinci qarşılaşmada İvet Qoranovaya (Bolqarıstan) 1:3 hesabı ilə uduzan Mədinə ardınca Mariya Kerneri (Polşa) üstələyib – 3:0.
***
13:56.
Azərbaycan karateçisi Fidan Teymurova Krakov-2023 III Avropa Oyunlarında 3-cü döyüşünü keçirib.
Apasport.az saytının məlumatına görə, 50 kq çəkidə çıxış edən idmançımız təsnifat mərhələsinin A qrupunda son sınağına çıxıb.
O, Serab Özçeliklə (Türkiyə) qarşılaşıb. Teymurova 1:3 hesabı ilə uduzaraq ikinci məğlubiyyətini alıb.
Qeyd edək ki, Fidan bunadək Erminiya Perfettoya (İtaliya) 1:5 hesabı ilə uduzub, Şara Vinnidin Hubrixə (Almaniya) qalib gəlib - 3:1.
***
13:31.
Azərbaycan karateçisi Mədinə Sadıqova Krakov-2023 III Avropa Oyunlarında ikinci döyüşünü keçirib.
Apasport.az saytının məlumatına görə, 55 kq çəkidə çıxış edən idmançımız təsnifat mərhələsinin B qrupunda ilk qələbəsini qazanıb.
Birinci qarşılaşmada İvet Qoranovaya (Bolqarıstan) hesabı ilə uduzan Mədinə Mariya Kerneri (Polşa) üstələyib – 3:0. O, qrupdakı son sınağında Cennifer Varninqlə (Lüksemburq) döyüşəcək.
***
13:18.
Azərbaycan karateçisi Fidan Teymurova Krakov-2023 III Avropa Oyunlarında mübarizəni davam etdirir.
Apasport.az saytının məlumatına görə, 50 kq çəkidə çıxış edən idmançımız təsnifat mərhələsinin A qrupunda ikinci döyüşünə çıxıb.
Startda Erminiya Perfettoya 1:5 hesabı ilə uduzan Fidan ikinci döyüşdə almaniyalı Şara Vinnidin Hubrixlə qarşılaşıb. Təmsilçimiz Polşada ilk qələbəsini qazanıb – 3:1.
Qeyd edək ki, karateçimizin qrupda son rəqibi Serab Özçelik (Türkiyə) olacaq.
***
13:12.
Azərbaycan karateçisi Mədinə Sadıqova Krakov-2023 III Avropa Oyunlarında mübarizəyə başlayıb.
Apasport.az saytının məlumatına görə, 55 kq çəkidə çıxış edən idmançımız təsnifat mərhələsinin B qrupunda ilk döyüşünə çıxıb.
Mədinənin ilk rəqibi İvet Qoranova (Bolqarıstan) olub. Mədinə 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, karateçimiz ikinci döyüşündə Mariya Kerner (Polşa) qarşılaşacaq.
***
12:52.
Azərbaycan karateçisi Fidan Teymurova Krakov-2023 III Avropa Oyunlarında mübarizəyə başlayıb.
Apasport.az saytının məlumatına görə, 50 kq çəkidə çıxış edən idmançımız təsnifat mərhələsinin A qrupunda ilk döyüşünə çıxıb.
Fidanın ilk rəqibi Erminiya Perfetto (İtaliya) olub. İdmançımız döyüşdə ilk xalı qazansa da, sonradan məğlubiyyətə üzülüb – 1:5.
Qeyd edək ki, karateçimiz ikinci döyüşündə almaniyalı Şara Vinnidin Hubrixlə qarşılaşacaq.
***
11:00.
Bu gün Krakov-2023 III Avropa Oyunlarında karate yarışlarına start verilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının təmsilçiləri də tatamidə qüvvəsini sınayacaq.
İlk gündə 4 karateçimiz təsnifat mərhələsinin qrup döyüşlərinə çıxacaq.
Mədinə Sadıqova (55 kq) İvet Qoranova (Bolqarıstan) ilə görüşəcək. Fidan Teymurovanın (50 kq) ilk rəqibi Erminiya Perfetto (İtaliya) olacaq.
Əminağa Quliyev (60 kq) yunanıstanlı Stefan Kristosla üz-üzə gələcək. Tural Ağalarzadə (67 kq) ilk görüşdə Macarıstan təmsilçisi Marsial İv Tadissi ilə qarşılaşacaq.
Qeyd edək ki, bu gün karatedə 6 dəst medal sahibini tapacaq.