Krakov-2023: Padelçilərimizdən erkən vida
21.06.2023 - 12:30
Krakov-2023: Padelçilərimizdən erkən vida

Krakov-2023 III Avropa Oyunlarında daha bir idman növündə mübarizəyə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk dəfə yarışların proqramına daxil edilən padeldə 1/16 final görüşləri başlayıb.

Krakov şəhərində təşkil edilib turnirdə Azərbaycan qadınlardan ibarət cütlərin mübarizəsində təmsil olunub. Samirə Əliyeva və Nərminə Bağırova ilk raundda italiyalı rəqibləri ilə görüşüb.

Yarışın reytinq üçüncüsü olan Çiara Pappaçena və Culiya Sussarello ilə qarşılaşan padelçilərimizin debütü uğursuz alınıb. Samirə və Nərminə hər iki setdə quru hesabla məğlub – 0:6, 0:6. Bununla da təmsilçilərimiz Avropa Oyunları ilə vidalaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0